AZ

Makronın sözləri beynəlxalq qalmaqala səbəb oldu: "Axmaqdırlar"

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Fransa ilə Haiti arasında qalmaqala səbəb olub.

"Qardian" (The Guardian) nəşrinin yazdığına görə, Makron Haiti liderlərini "axmaqlar" adlandırandan sonra ölkələr arasında münasibətlər gərginləşib.

Nəşr yazır ki, bundan sonra Haiti hökuməti Fransanın ölkədəki səfirini çağıraraq, Makronun "yersiz və dostluqdan kənar" danışığına görə etirazını bildirib.

Makrln Haitinin müvəqqəti prezident şurasının ölkənin baş nazirini işdən çıxarması qərarını "tamamilə axmaq qərar" adlandırıb. Bu qərar noyabrın əvvəlində, quldur dəstələrinin hesablaşmalarının kəskinləşməsi fonunda verilmişdi.

Makron deyib: "Düzünü desək, Haitini məhz haitililər məhv edib - narkoticarətə imkan verməklə".

Fransa Prezidenti Braziliyadakı çıxışı zamanı bu sözləri dedikdən sonra, Haitinin vəzifəsindən kənarlaşdırılmış keçmiş Baş naziri Harri Konili tərifləyib, onu böyük lider adlandıraraq deyib: "Onlar tamamilə axmaqdırlar, onu işdən çıxarmamalı idilər". 

Makronun bu sözlər Fransanın keçmiş müstəmləkəsi olan Haitidə narazılıq doğurub. 

Hürr Tərcüman 

Seçilən
12
hurriyyet.az

1Mənbələr