AZ

Bu şəxslər təcili Naxçıvana çağırıldı



Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov Muxtar Respublikanın müxtəlif xəstəxanalarında adları gedən, faktiki Bakı şəhərində yaşayan rezidentləri təcili olaraq Naxçıvana çağırıb.

Məlumata görə, nazir onları təcrübə keçdikləri ünvanlara yığaraq guya təcrübədə olmaları barədə rezidentləri mediaya yalan məlumat verməyə məcbur edib. Bununla da vəzifə mövqelərindən növbəti dəfə istifafə edib. Hətta DTX tərəfindən istintaqı aparılan cinayət işinin istintaqına belə mane olurlar. Çünki cəzasızlıq şəraitinə o qədər öyrəşiblər ki, ciddi qanun pozuntusunu belə adi hal kimi sayırlar. Ancaq başa düşmürlər ki, Muxtar Respublikaya giriş-çıxış blokada səbəbindən rəsmi qaydada tənzimlənir və təzyiq altında rezidentlərin hər hansı bir yalan məlumat vermələri rəsmi giriş-çıxış faktı ilə avtomatik olaraq təkzib olunur.

Sima Babayeva
Seçilən
13
newscenter.az

1Mənbələr