AZ

KİV: İsrailin ən azı 6 əsgəri intihar edib

İsrail mətbuatı Qəzza zolağı və Livanın cənubunda döyüşlərdə iştirak edən ən azı 6 İsrail əsgərinin psixoloji problemlər səbəbindən intihar etdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Xəbərdə intihar edən əsgərlərin sayının daha çox ola biləcəyi bildirilir. İsrail ordusunun isə bu mövzuda rəsmi məlumatları paylaşmaqdan imtina etdiyi və ilin sonunda rəqəmləri açıqlamağı planlaşdırdığı qeyd olunur.

Məlumata görə, minlərlə İsrail əsgəri psixoloqlara və İsrail ordusunun yaratdığı psixi sağlamlıq klinikalarına müraciət edib.

Hərbi ekspertlər bildirirlər ki, İsrail ordusundakı əsgərlərin psixoloji vəziyyəti ilə bağlı böhranın həqiqi miqyası, qarşıdurmalar bitdikdən sonra tam aydınlaşacaq.

İsrail ordusunun Sağlamlığı İdarəsinin rəhbəri Lusian Lior, mart ayında "Haaretz" qəzetinə verdiyi açıqlamada təxminən 1700 əsgərin psixoloji müalicə aldığını söyləyib.

Qeyd edək ki, 7 oktyabrdan bəri İsrailin Qəzzaya hücumları nəticəsində 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 44 min 56 fələstinli həlak olub, 104 min 268 nəfər yaralanıb. Minlərlə insanın hələ də dağıntılar altında olduğu bildirilir. Eyni zamanda xəstəxana və təhsil müəssisələri kimi sığınacaq yerlərinin hədəfə alınması nəticəsində mülki infrastruktur ciddi şəkildə dağıdılıb.

Lalə, BakuPost
Seçilən
19
bakupost.az

1Mənbələr