Avropa, 2022-ci il enerji böhranının təsirlərini hələ də tam olaraq aradan qaldıra bilməmişkən, yeni bir böhran təhlükəsi ilə üz-üzədir.
Azərbaycan qazı hansı ölkəyə neçəyə satılır? - ÖLKƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, soyuq qış, azalan külək enerjisi və Rusiya qaz tədarükünün kəsilməsi ehtimalı qiymətlərin artmasına səbəb olub. Geosiyasi gərginliklər fonunda bu il qiymətlər 45% artıb. Qaz anbarları sürətlə boşalır, bu isə həm ev təsərrüfatlarına, həm də sənaye sektoruna təsir edir.
Rusiya qazının tranziti ilə bağlı müqavilənin ilin sonunda başa çatması riskləri artırır. ABŞ-ın yeni sanksiyaları və yüksək enerji qiymətləri, qaz tədarükündə fasilə ehtimalını daha da yüksəldir.
Digər yandan Almaniyada yüksək enerji xərcləri sənayeni zəiflədir. Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir ki, Avropa qaz ehtiyatlarını səmərəli idarə etməsə, böhran daha da dərinləşə bilər.