AZ

COP29-da ekofəalların növbəti etiraz aksiyası – FOTO

COP29 iqlim konfransında ekoloji fəalların növbəti aksiyası baş tutub.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, etirazçıların əsas tələbi iqlim maliyyəsini trilyonlarla dollara çatdırmaqdır.
 

Ekofəallar bildiriblər ki, maliyyələşmənin hazırkı səviyyəsi temperaturun 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması və karbon-neytral iqtisadiyyata keçid kimi qlobal iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil.


Onlar həmçinin iqlim maliyyəsinin, xüsusilə Qlobal Cənubda iqlim dəyişikliyinə ən həssas olan, lakin tez-tez kifayət qədər dəstək almayan ölkələrə ədalətli şəkildə bölüşdürülməsinin zəruriliyini vurğuladılar.

“İqlim maliyyəsi üçün ödəyin”, “Bizim milyardlara deyil, trilyonlara ehtiyacımız var” şüarları ilə fəallar hökumətləri və özəl sektoru daha qətiyyətli addımlar atmağa çağırıblar.

Onlar gecikmənin hər kəs üçün geri dönülməz nəticələrə səbəb ola biləcəyini vurğulayıblar.



Bizim.Media

Seçilən
49
1
bizim.media

10Mənbələr