Manisada BYD-nin investisiyası üçün hazırlıqlar başlayıb. 1 milyard dollar sərmayə qoyacaq şirkətin fabriki 2026-cı ildə istehsala başlayacaq. Bölgədə 20 min nəfərin işlə təmin olunacağı gözlənilir. Manisa Böyükşəhər Bələdiyyə başçısı Zeyrek 2500 çinli işçinin ailələri ilə birlikdə bölgəyə gələcəyini bildirib. Zeyrek, Manisada Çin küçəsi üçün işlərin başladığını söyləyib.
Sherg.az xəbər verir ki, Çinin elektrikli avtomobil nəhəngi BYD Türkiyəyə 1 milyard dollarlıq sərmayə üzərində işə başlayıb. Şirkətin Manisadakı fabrikinin tikintisinə 2025-ci ildə başlanması planlaşdırılır. 2026-cı ildə istehsala başlayacaq fabrikin bölgə məşğulluğuna təsirinin 20 minə çatması gözlənilir.
Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek BYD-nin Manisada fabrik qurmasının şəhər iqtisadiyyatına ciddi töhfə verəcəyini bildirib.
Zeyrek, təxminən 20 min adamın işlə təmin olunacağı bölgəyə 2500 çinli işçi və ailələrinin gələcəyini də vurğulayıb.
BYD-nin sərmayəsinin Manisada qalmalı olduğunu bildirən Zeyrek, "Çin küçəsi də daxil olmaqla yeni yaşayış sahələri yaratmağa çalışıram. Mən memaram və həll yolu tapmaq üçün doğru peşəyə sahibim" deyə qeyd edib.
Başqa bir Vestelin Manisaya gəldiyini bildirən Zeyrek çıxışını belə davam etdirdi: "Təxminən 20 min adamın çalışacağı bir sahədən danışırıq. Burada yan sənayelər də onunla birlikdə gəlməyə başlayır. Gələn sənayeçiləri yeni istiqamətlərə yönəldirəm. OSB bölgələri Soma və Kırkağaç inkişaf edəcək.
Bunun üçün logistika mərkəzi yaratmağa çalışırıq. Alsancak Limanı artıq limitlərinə çatıb. Soma üzərindən Əliağa və Çandarlı limanlarına getməyi planlaşdırırıq. "Şəhəri TCDD-dən bir dəmir yolu ilə yeni bir logistika mərkəzinə qədər genişləndirməliyik."