AZ

Ümumi səfərbərlik olacaqmı? Kremldən açıqlama

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyada səfərbərliyin keçirilməsi barəsində söhbət olmadığını deyib. Onun sözlərinə görə, hər gün yüzlərlə Rusiya vətəndaşı RF MN ilə müqavilə bağlayır.

Peskov deyib: "Vətəndaşlarımız çox fəal şəkidlə Müdafiə Nazirliyi ilə müqavilələr imzalayırlar. Müqavilə əsasında xidmət edirlər... Belə insanlar xeyli çoxdurlar – hər gün yüzlərlə şəxs müqavilələr imzalayır və xüsusi hərbi əməliyyatlarda iştirak edir". Peskov müqaxilə əsasında xidmət edən şəxslərin əvvəlcə təlim kursları keçdiklərini, yaxşı hazırlaşdırıldıqlarını söyləyib.

Peskov deyib: "Buna görə də hazırda səfərbərliyə heç bir ehtiyac yoxdur".

Hürr Tərcüman

Seçilən
28
hurriyyet.az

1Mənbələr