AZ

ADNSU-nun startapları COP29-da təqdim edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə innovativ mühitin rolu və yaşıl texnologiyalar” adlı panel iclasda təmsil olunub.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə keçirilən iclas İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günündə təşkil edilib.

Panel iclasda ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru dosent Elviz İsmayılov iqlim dəyişikliklərinin elmi aktuallığı, bu sahədə universitetin startap mərkəzində reallaşan startaplar və innovativ layihələrdən danışıb. COP29 çərçivəsində ADNSU-nun komandasının “Yaşıl hidrogen və onun karbon nanoborularda saxlanılması perspektivləri” ideyası sərgidə qonaqlara təqdim edilib.

İclasda, həmçinin agentliyi və müxtəlif universitetlərin nümayəndələrinin məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.

Seçilən
36
tehsil.biz

1Mənbələr