AZ

ABŞ-ın yeni maliyyə nazirinin də adı məlim oldu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin maliyyə naziri postuna sərmayədar Skott Besantın namizədliyini irəli sürüb.

Modern.az xəbər verir ki, Tramp özünün Truth sosial səhifəsində yazıb: “Skott geosiyasət və iqtisadiyyat sahələrində dünyanın aparıcı investorları və strateqlərindən biri kimi hörmətlə qarşılanır”.

ABŞ-ın hazırkı maliyyə naziri Janet Yellendir.

62 yaşlı Skott Besant bir investisiya fonduna rəhbərlik edir, bundan əvvəl 2011-2015-ci illərdə Soros Fund Management-in baş investisiya direktoru vəzifəsində çalışıb.

Forbes jurnalının məlumatına görə, Tramp və Besant bir-birlərini uzun illərdir tanıyırlar, investor 2016-cı ildə Trampın andiçmə komitəsinə 1 milyon dollar bağışlayıb və 2024-cü ildəki seçki kampaniyası zamanı ona fəal kömək edib, o cümlədən ona 3 milyon dollar ayırıb, Respublikaçıların mitinqlərində iştirak edib və. baş iqtisadi məsləhətçi kimi fəaliyyət göstərir.


Trampın özü əvvəllər onu “Uoll-stritdəki ən havalı adamlardan biri” adlandırmışdı.

Seçilən
9
1
modern.az

2Mənbələr