AZ

FED Hesabatı: ABŞ-ın borcu təhlükəli hesab edilir

Fins.az - ABŞ Mərkəzi Bankı (FED), ölkənin mali borcunun davamlılığının mali sabitlik üçün ən böyük risk olaraq qiymətləndirildiyini açıqlayıb.

Fed, noyabr ayında yayımladığı Maliyyə Sabitliyi Hesabatın da, ABŞ-ın maliyyə sisteminin mövcud vəziyyətinə dair qiymətləndirmələrə yer verib.

Hesabatda, ABŞ-ın mali borcunun davamlılığı ilə bağlı narahatlıqların mali sabitlik riskləri arasında başda olduğu bildirilib. Bu narahatlıqlar, xüsusilə artan dövlət borcları və Xəzinə emissiyalarının özəl sektordakı investisiyalara mənfi təsir edə biləcəyi ilə əlaqələndirilir. Eyni zamanda, iqtisadi durğunluq vəziyyətində hökumətin tətbiq edəcəyi siyasətlərin məhdudlaşması da narahatlıq doğurur.

Hesabatda, Yaxın Şərqdə artan gərginlik və ABŞ daxilindəki qeyri-müəyyən siyasi vəziyyətin də risk faktorları arasında yer aldığı qeyd edilib. Qlobal ticarətə dair risklər və bank sektorundakı stresslər də hesabatda diqqət çəkib.

Fed həmçinin, Çin iqtisadiyyatının zəifləməsi və maliyyə qurumlarına qarşı kiberhücum ehtimalları ilə bağlı narahatlıqları da risklər arasında sıralayıb. Bu cür hadisələrin baş verməsi halında ciddi iqtisadi təsirlərin yaranacağı vurğulanıb.

Ümumilikdə, Fed-in hesabatı ABŞ-ın maliyyə sabitliyini qorumaq üçün daha çox tədbir alınması lazım olduğunu və mali borcunun davamlılığının diqqətlə izlənməsi gərəkdiyini göstərir.

Seçilən
19
fins.az

1Mənbələr