Millət vəkili Samir Vəliyev 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə vətəndaş qəbulu keçirib
"Unikal" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında baş tutan qəbulda vətəndaşlarla fərdi qaydada görüş keçirilib, müraciət və təkliflər dinlənilib.
Görüş zamanı vətəndaşları narahat edən bəzi məsələlər həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Nərimanov rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.