AZ

Əməkdar artistdən SƏRT REAKSİYA: “Azərbaycanda “TikTok” bağlanmalıdır”

 

“Azərbaycanda “TikTok” bağlanmalıdır”.

Bunu tanınmış aktrisa, əməkdar artist Hüsniyyə Mürvətova “Tarixin bir günü” verilişində deyib.

Sənətçi tənqidi fikirlərini səsləndirib:

“Azərbaycanda “TikTok” bağlanmalıdır . Hətta bunu xahiş edirəm ki, bağlansın. Orada bizim çox hörmətli insanlarımız da var. Amma “TikTok”dan düzgün istifadə olunmur. Biz efir adamıyıq, aktyor, aktrisa, müğənnilər özümüzü qaydaya salıb efirə çıxırıq. Çünki tamaşaçı bizi görür. “TikTok” da haradasa bir efirdir. Ora çıxan insan da özünü səliqəyə salıb efirə çıxmalıdır”.

Nehru

Seçilən
30
yenicag.az

1Mənbələr