AZ

Həsənalızadə gözləyir: “Heç bir məbləğ ödənilməyib”

“Düzdür, FİFA-nın “Tuzlaspor”a verdiyi müddət başa çatıb, amm heç bir məbləğ ödənilməyib. Bildiyim odur ki, kluba artıq transfer qadağası qoyulub”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Bəxtiyar Həsənalızadə deyib.

Müdafiəçi işin vəkil nəzarətində olduğunu bildirib: “Bu iş vəkilimin nəzarətindədir. Çalışıram bütün enerjimi, konsentrasiyamı komandama, oyunlara yönəldim. Daha sonra necə olacağını isə zamanla görəcəyik”.

Qeyd edək ki, hazırda “Araz-Naxçıvan”ın çıxış edən Həsənalızadə Türkiyə təmsilçisindən ayrılarkən ona ödəniləcək təzminatı ala bilmədiyi üçün klubu məhkəməyə vermişdi.

GÜNAY SÜLEYMANOVA

Seçilən
22
futbolinfo.az

1Mənbələr