AZ

İlon Mask: ABŞ-ın maliyyə çöküşü yaxındadır

İlon Mask ABŞ-ın sürətlə müflisləşməyə doğru getdiyini iddia edib.

İlon Mask Trampın seçki kampaniyasına 75 milyon dollar xərcləyib

FED.az xəbər verir ki, Amerikalı milyarder sosial media platforması X-də (əvvəllər Twitter) paylaşdığı bir mesajda, hökumətin həddindən artıq xərcləmələrinin ABŞ-ı "maliyyə fövqəladə vəziyyətinə" gətirdiyini bildirib. Maskın açıqlamasına görə, ölkənin 2024-cü ildə borcu 35 trilyon dollara çatıb. O, xüsusilə federal hökumətin gəlirlərindən 1.9 trilyon dollar çox xərclədiyini vurğulayıb. Mask həmçinin artan faiz ödənişlərinin federal büdcənin əsas hissəsini əhatə edəcəyini və digər xərclər üçün vəsaitin azalacağını bildirib. 

Bəzi analitiklər ABŞ-ın müflis olmaq ehtimalını az görsələr də, Mask dövlətin borclarını ödəyə bilməməsinin iqtisadiyyata ciddi təsirlər göstərə biləcəyini deyir. Həmçinin, Mask borcun idarə olunması üçün alternativ yollar, o cümlədən kriptovalyutaların istifadə olunmasını təklif edib.

Seçilən
17
fed.az

1Mənbələr