Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vətəndaşlarımız Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqda çox fəaldırlar, müqavilə əsasında xidmətə gedirlər. Belə insanlar çoxdur – hər gün yüzlərlə insan müqavilə imzalayır və xüsusi hərbi əməliyyata qatılır”, - deyə o qeyd edib.
O əlavə edib ki, müqaviləli əsgərlər əvvəlcə hazırlıq kurslarından keçirlər və onlara ciddi təlim verilir.