AZ

Zaur Axundov: "Kişi kimi uduz, dovşan kimi yox"

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov millinin Millətlər Liqasındakı çıxışı ilə bağlı açıqlama verib.

Dünən Misli Premyer Liqasında keçirilən “Kəpəz” – “Araz-Naxçıvan” görüşündən sonra jurnalistlərə danışan funksioner bunları deyib:

“Kaş ki, “Araz-Naxçıvan”dakı kimi qələbələr bizim milli komandamızda da olardı. Mənim üçün "Araz"dan da vacib Azərbaycan millisidir. Bir neçə gün əvvəl acı məğlubiyyət yaşadıq. Mən hələ də özümə gələ bilmirəm. Bu, olmamalı idi. Canni De Byazini istəmədilər, qovdular. Amma onun vaxtında milli İsveçi məğlub edirdi. Mən hər zaman demişəm ki, istəyirsiz Mourinyonu gətirək. Futbolçu meydanda can qoymalıdır. Rəqibdən 10 qat zəif ola bilərsən. Amma kişi kimi uduz, dovşan kimi yox. Bu oyunçular can qoymadı. Bilmirəm, niyə? Bu komanda mənim olsaydı, əvəzedicidəki uşaqları oynadardım, amma onları meydana çıxmağa qoymazdım. Fernandu Santuş olmur, kim olur olsun. De Byazi, Santuş peşəkar məşqçilərdir. Dünya futbolunda ad qoymuş insanlardır. Amma futbolu onlar oynamır axı. Mən İcraiyyə Komitəsində olanda da deyirdim ki, milli komandanın klublarla əlaqəsi yoxdur. Arada bir koordinator yoxdur ki, klubun da rəhbərinə lazım olanda iradını bildirsin. Ay filankəs, sizin klubdan 3 futbolçu dəvət etmişik. Onlara siz də motivasiya verin. Sonuncu dəfə Slovakiyaya məğlub olandan sonra millinin oyunlarına getmirəm. Çünki çox əsəbləşirəm. Komanda uduzur, amma futbolçular 1 saat sonra musiqiyə elə qulaq asır, yeməyə elə gedir ki, sanki uduzan biz deyilik. Təlim-tərbiyə yoxdur. İki qat intizam yoxdur. Necə olur ki, ötən il 3:0 udduğumuz rəqibə bu gün 0:6 məğlub oluruq? Belə olmaz. Düzdür, bu gün İcraiyyə Komitəsində yoxam. Naxçıvan Futbol Federasiyasının rəhbəriyəm. Amma kim olursan ol. Bilirəm ki, mənə necə toxunubsa, sizə də 5 qat toxunub”. (Offsideplus.az)

Seçilən
12
3
musavat.com

10Mənbələr