"Biz İsrail rejiminin cəzasızlığına son qoymaq üçün atılan hər addımı alqışlayırıq".
Bakıvaxtı.az "İRNA"ya istiandən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "X" sosial şəbəkədə hesabında yazıb.
Onun sözlərinə görə, İran ədalətə nail olmaq və İsrail rejiminin Fələstində və digər ərazilərdə soyqırım, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə cəzasız qalması hallarına son qoymaq üçün atılan hər bir addımı alqışlayır:
"Nəhayət ki, ən ağır beynəlxalq cinayətlərin törədildiyi Qəzzada işğal rejiminin dəhşətli soyqırımının on dörd ayında Beynəlxalq Cinayət Məhkəməsinin ilkin baxış şöbəsi iki əsas cinayətkar Netanyahu və Gallant haqqında həbs qərarı verdi. Bu hökmdə soyqırım cinayəti də yer almalı idi".
Gülşən Şərif