AZ

“Dünya tullantısız məkana çevrilməlidir” - RƏY

“COP29-da müzakirə edilən məsələlər içərisində maliyyə məsələsi xüsusi yer tuturdu. Burada bir çox dövlətlərə ayrılan maliyyənin çatmaması məsələləri müzakirə edilir, problemin həlli yolları axtarılırdı. Bütövlükdə COP29-un mahiyyəti, aparılan müzakirələr təqdirəlayiqdir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, məhz Azərbaycanın problemləri ilə xüsusi olaraq məşğul olmadılar: “Azərbaycanın təbii sərvətləri uzun müddət həm antropogen, həm də təbii formada aşılanaraq, məhv olmuşdur.
Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin iştirakı ilə keçirilən müzakirələrdə problemlərimiz daha çox qabardılması və bu yöndə həll yollarının axtarılması mühümdür.

Eyni zamanda COP29 kimi beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsi dostlar tərəfindən sevinclə, düşmənlər tərəfindən isə paxıllıqla qarşılanır. COP29 mühüm müzakirələrlə yadda qaldı. Eyni zamanda burada müharibələrin qınanılması da mühüm idi, çünki müharibələr birbaşa olaraq ölkələrin təbiətlərini məhv edir”.

Məsələ ilə bağlı ekoloq Telman Zeynalov fikirlərini bölüşüb:

“COP29-da əsas məqsəd tullantıların idarə edilməsini təmin etmək idi. Eyni zamanda dünyada yaşıl qapalı iqtisadiyyatı həyata keçirmək məqsəd olaraq qarşıya qoyulub. Bu, o deməkdir ki, hər hansı müəssisə xammaldan istifadə etdikdə xammal, tullantılar yenidən emal olunmalıdır. Yəni dünya tullantısız məkana çevrilməli, tullantı sıfıra bərabər olmalıdır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
13
sia.az

1Mənbələr