Laçın rayonunda 4.5 bal gücündə zəlzələ baş verib.
Modern.az-ın məlumtına görə, zəlzələ anı kameralara düşüb.
Həmin görüntüləri təqdim edirik:
***
13:22
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
FHN-dən Modern.az-a bildirilib ki, Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
12:30
Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.
Sosial şəbəkədə yayılan məlumata görə, zəlzələ Şuşa şəhərində də hiss edilib.