AZ

Ekspertlər deputatı qınadılar:“İnsanlar bir qisim vergilərdən azad olunmalıdır”

Millət vəkili Elşad Musayevin Milli Məclisin komitə iclasında irəli sürdüyü təklif müzakirələrə səbəb olub. Belə ki, parlamentari sahibkarlığı inkişaf etdirmək üçün bələdiyyələrə müəyyən tapşırıqların verilməsini təklif edib. Bələdiyyələrə öz ərazilərindəki hər avtomobildən 10 manat əmlak vergisi götürmək tapşırıla bilər. Bununla da dövlətin üzərinə düşən vergi yükü azalmış olar. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deputatın təklifini dəyərləndirərkən bildirib ki, sürücülər onsuzda kifayət qədər ödəniş edirlər. Ölkəyə gətirilən avtomobillərdən tutmuş utilizasiya haqqına qədər ödənişlər sürücülərdən alınır. Ekspert hesab edir ki, sürücülərdən əlavə ödəniş tələb etmək əvəzinə, hansısa ödənişin təyinatını dəyişib onu bələdiyyəyə yönləndirmək olar: 

“Məsələn, utilizasiya haqqını bələdiyyələr ala bilərlər. Bələdiyyə o pulu yığıb yaşıllıqlar salıb, parklar tikə bilər. Amma indi bələdiyyənin əlində heç bir imkan yoxdur. Ona görə də bələdiyyələr avtomobillərdən pul yığsalar belə, onu təyinatı üzrə xərcləməkdə çətinlik çəkəcəklər”. 

Nəqliyyat eksperti Yasin Mustafayev isə hesab edir ki, bu, kifayət qədər mübahisəli məsələdir: 

“İndiki vəziyyətdə hansısa verginin artırılması və ya əlavə verginin tətbiq edilməsinin əleyhinəyəm. İndi insanların daha rahat nəfəs alması üçün bir qisim vergilərdən azad olunması lazımdır. Nəinki avtomobillərə və ya hansısa əmlaka vergilərin tətbiq edilməsi. Bu məsələyə müsbət yanaşmaq olmaz”. 
 

(today.press)

Seçilən
10
avtosfer.az

1Mənbələr