AZ

"Azərbaycan və Gürcüstan vasitəsilə Cənubi Qafqazı qarışdırmaq siyasəti mümkün olmayacaq"

“Rusiya- Ukrayna müharibəsində maraqlı olan dövlətlər eyni vəziyyəti Rusiyanın geosiyasi maraqları olduğu digər regionlara da transformasiya etmək  və bu yolla da Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq, təsir imkanlarını tamamilə yox etmək istəyirlər. Ona görə də Ukrayna cəbhəsində baş verənlərdən başqa, bunun təsirləri həm Cənubi Qafqazda, həm də Orta Asiyada hiss olunmaqdadır”.
 
 
 
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
 
Politoloq qeyd edib ki,Cənubi Qafqaz bu gün daha həssas bir coğrafi möveə malikdir və burada istinad nöqtəsi Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistandır:
 
“Rusiyaya qarşı proseslər də Ermənistan üzərindən həyata keçirilir və bu baxımdan Cənubi Qafqazda Rusiya üçün ikinci bir cəbhənin açılması açılmasını istəyən bu qüvvələr qərbdədir. Ermənistanla yanaşı Gürcüstana olan təzyiqlər də təxminən bu yöndədir. Qərb istəyir ki,  Rusiyaya qarşı yürütdüyü siyasəti birmənalı olaraq Cənubi Qafqaz ölkələri dəstəkləsin. Ancaq Cənubi Qafqazda Ermənistandan başqa Qərbin siyasətini, qərarlarını Azərbaycan və Gürcüstan dəstəkləmir, qəbul etmir. Ancaq bu o demək deyil ki, Azərbaycan Qərbdən imtina edir və yaxud da ki, Rusiyanı dəstəkləyir. Azərbaycan hər bir halda beynəlxalq hüququn yanındadır və beynəlxalq hüquq da Rusiyanı təcavüzkar dövlət kimi tanıyır. Çünki müharibəni başlayan Ukrayna deyil, Rusiyadır. Doğrudur, bunun içərisindən Rusiyanın müxtəlif yönlü cavablarını tapmaq olar, xüsusilə də təhlükəsizliklə bağlı. Ancaq bu əhəmiyyət daşımır.Rusiya insanları kütləvi olaraq öldürmək üçün qərar verirsə, artıq beynəlxalq humanitar qanunlarına müharibə elan etmiş olur. Heç kim Rusiyaya təhlükəsizlik nöqteyi nəzərdən ukraynalıları öldürməyə haqq qazandıra bilməz”.
 
Azərbaycanın beynəlxalq hüququn yanında olduğunu deyən politoloq vurğulayıb ki,ölkəmiz Ukraynanın ərazi bütövlüyünü tanıyır:
 
 “Bu baxımdan Cənubi Qafqazda ikinci bir cəbhənin açılmasını və yeni müharibənin  olmasını istəyən bəzi qüvvələr olmuş olsa da, hələlik Azərbaycan buna imkan vermir. Lakin münaqişəni tətikləyəcək tərəf Ermənistan ola bilər. Ancaq Ermənistan rəhbərliyi də nə qədər qərbyönümlü olmuş olsa da, bunun özləri üçün nə qədər acınacaqlı nəticələrə gətirib çıxaracağını bilməmiş deyillər. Bu baxımdan hər şey Ermənistanın bu təxribatlara necə cavab verəcəyindən asılı olacaq. Yəni ikinci cəbhənin açılması, Rusiya üçün müəyyən problemlər yaradacağını düşünənlər nəticə etibarilə Ermənistan dövlətinin yox olmasına gətirib çıxarda bilər. Bunu Ermənistan da anlamamış deyil. Cənubi Qafqazı bu müharibəyə sürükləmək istəyənlər var. Ancaq bu o demək deyil ki, Qərbdə nə istəyirlərsə, eyni ilə həmin bölgədə bu baş verməlidir və belə bir məntiq yoxdur. Hər bir halda bu, Cənubi Qafqaz ölkələrinin iradəsindən asılı olacaq. Gürcüstan və Azərbaycan indiki vəziyyətdə Rusiya əleyhinə ikinci bir cəbhənin açılmasında maraqlı deyil. Ayrıca Azərbaycan müharibənin  tərəfində deyil. Çünki Azərbaycan böyük bir müharibədən  çıxıb və yaralarını sağaltmağa çalışır. Ancaq bu o demək deyil ki, Azərbaycan özünə qarşı hər hansı bir hərbi təxribatlara göz yumacaq . Azərbaycan əsgəri hər zaman tətikdədir və konkret göstəriş də var ki, istənilən hərbi təxribata adekvat misli ilə cavab verilsin və bunu qarşı tərəflər də bilməmiş deyil”.
 
Politoloq bildirir ki, Azərbaycan və Gürcüstan vasitəsilə Cənubi Qafqazı qarışdırmaq siyasəti mümkün olmayacaq:
 
“Ermənistanın son davranışları göstərir ki, onlar Azərbaycanla sülhün əldə olunması üçün səy göstərməyə çalışırlar. Çünki Nikol Paşinyan sülhün əldə olunması üçün çox ciddi hazırlaşır. Paşinyanın  Vatikana səfəri, özünün siyasi komandasında çox ciddi dəyişikliklər aparması, bütün bunların hamısı bəzi siyasətçilərinin iddia etdiyi kimi Trampla telefon danışığından sonra ortaya çıxan bir məsələ deyil. Bunlar hamısı seçkiyə hazırlıqdır. Ermənistan rəhbərliyi Azərbaycanla ilin sonuna və yaxud gələn ilin yaz ayına qədər sülh müqaviləsi imzalayarsa, 2026-cı ili gözləmədən növbədənkənar parlament seçkilərini keçirə bilər. Çünki Nikol Paşinyanın 2021-ci ildə məğlub durumda olduğu vəziyyətdə seçki prosesində xalqa verdiyi bir vəd var ki, ölkəyə sülhü gətirəcək və ermənilər də müharibədən yana olmadığı üçün Nikol Paşinyana səs verdilər və bu sülh bayrağı Nikol Paşinyan üçün  yeni növbədənkənar parlament seçkilərində qalib gəlmək üçün yetərli ola bilər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
30
moderator.az

1Mənbələr