AZ

“Taliban” Əfqanıstanın Almaniyadakı səfirini və baş konsulunu geri çağırdı

“Taliban” hərəkatı Əfqanıstanın Berlindəki səfirini və Bonndakı baş konsulunu geri çağırıb.
 
Moderator.az "Der Spiegel" jurnalına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.
 
Diplomatlar 2021-ci ildə hakimiyyət dəyişikliyindən əvvəl bu vəzifələrə təyin ediliblər.
 
Kabil hakimiyyəti və Almaniyadakı diplomatlar arasında fikir ayrılığı yaranıb. “Taliban” Berlin və Bonndakı nümayəndəliklərdə özbaşına qərarlar qəbul edildiyini deyərək, burada verilən viza və ya pasportları qəbul etməyəcəyini bildirib.
 
Nəşrin məlumatına görə, “Taliban” yalnız Münhendəki nümayəndəlikdən sənədləri qəbul etməyə davam edəcək, burada baş konsul öz postunda qalacaq.
 
Seçilən
21
7
moderator.az

8Mənbələr