AZ

Türkiyədə əlverişsiz hava şəraiti səbəbindən uçuşlarda fasilələr yaranıb

Yağış və güclü külək Türkiyənin böyük şəhərləri - İstanbul, Ankara və Antalyada hava nəqliyyatında fasilələrə səbəb olub.

Korrespondent.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İstanbul Beynəlxalq Hava Limanına və Sabiha Gökçen Hava Limanına həyata keçirilməsi nəzərdə tutulan reyslərin bir hissəsi təyinat məntəqələrində eniş edə bilməyib və İzmir də daxil olmaqla digər şəhərlərə yönləndirilib.

Türkiyənin Fövqəladə Hallar Departamenti şənbə günü ölkənin 81 vilayətindən 44-də sarı və narıncı meteoroloji təhlükə kodları elan edib.

Seçilən
21
17
korrespondent.az

10Mənbələr