AZ

Rusiyanın NÜVƏ ŞANTAJI: “Qərbi təzyiq altında saxlama məqsədi daşıyır”

“Rusiya rəhbərliyi nüvə silahlarını şantaj vasitəsi kimi istifadə etməyə çalışır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın nüvə başlığından istifadəsindən danışan hərbi ekspert Andre Piontkovski deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi nüvə silahlarını yalnız müharibə strategiyası deyil, həm də daxili və beynəlxalq siyasi oyunların bir vasitəsi kimi istifadə etdiyini düşünür:

“Rusiya rəhbərliyi nüvə silahlarını şantaj vasitəsi kimi istifadə etməyə çalışır. Xüsusən də Vladimir Putinin müharibə zamanı nüvə başlıqları təhdidi Qərbi təzyiq altında saxlama məqsədi daşıyır. Yəni NATO ölkələrini Rusiya ilə diplomatik anlaşmalara məcbur etmək istəyir”.

“Rusiyanın nüvə silahlarını real şəkildə istifadə etməsi böyük təhlükələr yarada bilər. Yalnız Ukrayna deyil, bütün dünya təhlükənin beşiyindədir. Nüvə başlıqlarının istifadəsi müharibəni qlobal miqyasda dünya müharibəsi həddinə çatdıracaq. Belə bir addım atarsa, Rusiya həm beynəlxalq diplomatiyada, həm də dünya iqtisadiyyatında ciddi təcrid olunacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
24
yenicag.az

1Mənbələr