AZ

Tramp Ukrayna müharibəsi üzrə xüsusi elçi təyin edəcək - "Reuters"

 
"Qrenell uzun diplomatik karyeraya və Avropa işləri üzrə dərin biliklərə malikdir..."
 
Donald Tramp Rusiyanın Ukraynada müharibəsi üzrə özünün xüsusi elçisini təyin etməyi planlaşdırır və artıq namizədi də müəyyən edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Tramp bu posta özünün sabiq kəşfiyyat rəisi Riçard Qrenelli təyin etməyi planlaşdırır.
 
Qeyd edilir ki, hal-hazırda istisnasız olaraq Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə məşğul olan xüsusi elçinin olmamasına rəğmən, Tramp belə vəzifənin yaradılması imkanını nəzərdən keçirir.
 
"Trampın ilk prezidentliyi dönəmində Almaniyada səfir olan və 2017-2021-ci illərdə Milli Kəşfiyyatın direktoru vəzifələrini icra edən Qrenell bu vəzifəyə təyin ediləcəyi təqdirdə Trampın müharibənin dayandırılması üzrə səylərində həlledici rol oynayacaq", - nəşr yazıb. 
 
Eyni zamanda, nəşrin yazdığına görə, Tramp sonucda belə vəzifənin yaradılmasından vaz keçə bilər. Bundan başqa, sonucda o, bu vəzifəyə başqasını təyin edə bilər, həm də Qrenellin buna razılaşacağına heç bir zəmanət yoxdur.
 
Riçard Qrenell haqqında bəlli olanlar
 
Qrenellin tərəfdarları qeyd edir ki, o, uzun diplomatik karyeraya və Avropa işləri üzrə dərin biliklərə malikdir. Almaniyada səfir işləməklə yanaşı, o, Serbiya və Kosovoda sülh danışıqları üzrə prezidentin xüsusi elçisi olub.
 
Bundan öncə o, müharibənin dayandırılması üsulu kimi "muxtar zonaların" yaradılması ideyasını irəli sürüb. O, həmçinin bəyan edib ki, Ukraynanın NATO-y daxil olmasına tərəfdar olacaq.
 
Tramp və Ukraynada müharibə
 
Bundan öncə KİV-lər yazıb ki, Donald Trampın cinayət işləridə müdafiəni əlaqələndirən vəkil Boris Epşteyn yeni seçilmiş prezidentə Rusiya-Ukrayna müharubəsində xüsusi elçi vəzifəsinə öz namizədliyini təklif edib.
 
Eyni zamanda, "Financial Times" yazıb ki, Avropada getdikcə Ukraynada müharibənin başa çatdırılması formatının münaqişənin döndurulması və sərhədlərin qeyri-müəyyən müddətə təxirə salınması olduğu barədə fikir formalaşır.
 
Bu zaman Avropa əsasən ona ümid edir ki, növbəti ildə Trampın vasitəçiliyi ilə tam sülh olmasa da, hər halda atəşkəsə nail olmaq mümkün olacaq.
Seçilən
18
moderator.az

1Mənbələr