AZ

Bu qaydanı pozanlara görə cərimələr 1 ildə 2 dəfə artırılıb – QƏZALARLA BAĞLI ŞƏRH - VİDEO

Dünən axşam saatlarından paytaxt ərazisində bəzi COP29 beynəlxalq tədbirində iştirak edən qonaqların rahat hərəkətini təmin etmək üçün ayrılmış zolaqların ləğv edilməsi işlərinə başlanılıb. Bu xüsusi zolaqların 90%-ə qədərinin ləğv edilməsi, qalanlarının isə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün saxlanılması nəzərdə tutulur.

Bu işlərin yekununda paytaxtdakı sıxlığın böyük həcmdə aradan qaldırılacağı düşünülür.

Avtosfer.az xəbər verir ki, son günlər ölkə ərazisində qəzaların artmasının əsas səbəbi kimi tədbirlə bağlı təşkil olunan zolaqların yaratdığı sıxlığı səbəb olaraq görənlər var idi. Lakin mütəxəssislər bildirir ki, paytaxt ərazisində zolaqların yaratdığı sıxlığı bəhanə gətirənlər digər bölgələrdə baş verən qəzaları görməzdən gəlirlər. Belə ki, sürət həddini aşma, yolayrıcını keçmə qaydasını pozma, piyada keçidlərinə çatarkən sürəti azaltmamaq və s. qanunazidd davranışlar bəzi hallarda hətta insan ölümü ilə də nəticələnir.

Məsələ ilə əlaqədar, nəqliyyat eksperti Elməddin Muradlı saytımızın sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, sürücülərin səbrsizliyi onların ya həyatlarına son qoyur, ya da onlara böyük məbləğlərdə ziyan vurur:

“Bəzən sürücülər yolayrıcında bir-birinə yol vermədikləri üçün qəza törədirlər. 2 saniyə tələsməklə azı 20 gün vaxt itirməli olurlar. Maşın ustaya aparılmalıdır, sığortaya göstərilməlidir və s. Aləm dəyir bir-birinə. Yolayrıcını keçməklə bağlı cərimələr son 1 ildə 2 dəfə artıb. Görünür ki, bu qaydanı pozanlar hələdə var və sayları çoxdur. Cərimə məbləği daha əvvəl 60 manat və 3 bal idi. Məbləği əvvəlcə artırıb 80 manat və 3 bal, sonra isə 100 manat və 3 bal olaraq artırdılar. Lakin yenə də bu qaydanı pozmağa davam edirlər və qəzaya düşürlər. Bəzən sürücülər var ki, piyada keçidinə yaxınlaşanda sürəti azaltmır. O görür ki, irəlidə 2 zolaqda avtomobillər piyada keçidinin qarşısında dayanıb gözləyir. Bu sürücü özünü dahi, ağıllı hesab edir, yaxınlaşıb 3-cü zolaqdan sürətlə keçir. O fikirləşmir ki, o biri 2 zolaqda dayananlar, hər halda dəli deyillər. Bir də baxırsız ki, piyada keçidində həmin 2 zolaqda dayanan avtomobillərinm qarşısından keçir, 3-cü zolağa çatanda sürətlə gələn avtomobil onu vurur. Avtomobil qəzaları ilə bağlı 9 aylıq qəza statistikası açıqlanıb. Bu müddət ərzində yollarda qəzaların qurbanı olan 600 nəfərə yaxın vətəndaş var. Bəzən avtomobil yoldan çıxır, suya düşür, sürücü, yaxud sərnişin suda boğulub ölür, onu suda boğulub ölmə faktı kimi qeyd edirlər. Bəzən bizim saytımızda da xəbərləri dərc olunan şəxslər olur, hansıılar ki, avtoxuliqanlıq edərkən saxlanılırlar. Adamı sürücülük hüququndan məhrum edib sutkalıq həbslə cəzalandırırlar. Sabah görürsən ki, yenə həmin hərəkəti edir. Mən şəxsən inzibati həbs olunanların saxlanma yerində dəfələrlə olmuşam. Vətəndaş avtoxuliqanlıq etdiyinə görə həbs olunur, 2-3 uşaq atasıdır. Soruşuruq, müsahibə alırıq, deyir ki, peşmanam, bir daha etməyəcəm. 2 ay sonra həmin yerə bir də gedirəm, o vətəndaş yenə oradadır... bu adam vərdişkardırq artıq, 1-2 ildən sonra da xəbəri, videosu yayılır ki, yol qəzasında həlak oldu”.

Daha sonra sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlının şərh verdiyi həmin canlı yayımı sizə təqdim edirik:

Səfər

Seçilən
14
1
avtosfer.az

2Mənbələr