"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına nail ola biləcək".
Milli.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Al Arabiya" telekanalına müsahibəsində deyib.
"Biz Trampı praqmatik şəxs hesab edirik. O, Ukrayna münaqişəsinə son qoya bilər, çünki Vaşinqtonun əlində bunun üçün bütün alətlər var", - deyə Medvedev bildirib.
Milli.Az