Prezident onlara yüksək vəzifə verdi – Sərəncam
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə müavinlər təyin edilib.
Bu barədə Yeniavaz.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov isə müavin təyin olunublar.
Bildirilib ki, bu münasibətlə Agentlikdə iclas keçirilib və təyin olunan müavinlər kollektivə təqdim ediliblər.