ABŞ və Avropanın bəzi rəsmiləri Prezidenti Co Baydenin Ukraynaya nüvə silahı ötürə biləcəyini etiraf ediblər.
“Cebheinfo.az”-ın məlumatına görə, “The New York Times” qəzeti belə yazır.
Söhbət Sovet İttifaqının dağılmasından sonra ələ keçirilən nüvə silahlarının Ukraynaya qaytarılmasından gedir. Bu mövzu Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarının müzakirəsi zamanı qaldırılıb.
Bu cür silahların ötürülməsi dərhal və böyük bir çəkindirici olardı. Eyni zamanda, nəşr belə bir addımın çətin olduğunu və ciddi nəticələrə səbəb olacağını göstərir.
Digər mümkün variant isə sarsıdıcı zərbə üçün kifayət edəcək adi silahların arsenalının yaradılmasıdır. SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisində 170-dən çox qitələrarası ballistik və 2500-dən çox taktiki raketdən ibarət nüvə silahı ehtiyatı yarandı.
Beləliklə, Ukrayna ABŞ və Rusiyadan sonra dünyanın üçüncü nüvə dövlətinə çevrilmişdi.
1992-ci ilin mayında Belarus, Qazaxıstan və Ukrayna Rusiya və ABŞ ilə birlikdə Lissabon Protokolunu imzaladılar, bu sənədə əsasən keçmiş sovet respublikaları öz nüvə arsenalından imtina edərək döyüş başlıqlarını və onların çatdırılma sistemlərini Rusiyaya verdilər.
1994-cü ildə Budapeşt Memorandumu imzalandı. Bu sənədə əsasən, Ukraynanın nüvə silahından imtinası müqabilində Rusiya, ABŞ və Böyük Britaniya onun müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmətlə yanaşacaqlarına dair öhdəlik götürdülər. Lakin sənəd heç vaxt ratifikasiya olunmayıb.
Ukraynadan Rusiyaya nüvə silahının çıxarılması 1996-cı ildə tamamlanıb. Elə həmin il Kiyev rəsmi olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulub. Hərbi əməliyyatın başlamasına bir neçə gün qalmış, 2022-ci il fevralın 19-da Ukrayna prezidenti Vladimir Zelenski Budapeşt Memorandumunda iştirak edən ölkələrin sammitini çağırmaq niyyətində olduğunu bəyan edib.
Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, əgər zirvə toplantısı baş tutmasa və ya Ukraynaya təhlükəsizlik zəmanəti verməsə, o zaman memorandum 1994-cü ildə imzalanmış bəndlərlə birlikdə Kiyev tərəfindən etibarsız sayılacaq.