AZ

Avropa yeni böhran təhlükəsi ilə ÜZ-ÜZƏ: "Ehtiyatlar azalır, qiymətlər artır..."

Avropa yeni enerji böhranı astanasındadır.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Qeyd olunub ki, anbarlardakı qaz ehtiyatlarının azalması və Rusiyadan tədarükün mümkün azalması fonunda Avropa yeni böhran təhlükəsi ilə üz-üzədir.

 

“Bu il qazın qiyməti artıq 45% artıb, geosiyasi gərginliklər və soyuq hava istiliyə tələbatı artırır. Sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün gözlənilən kəsilməsi Avropa üçün yeni enerji böhranından xəbər verir. Qeyd edək ki, Ukraynada vəziyyətin pisləşməsi bu il qazın qiymətinin artmasına səbəb olub”, - nəşr qeyd edib.

 

Nəşrin məlumatına görə, ailələr üçün yaşayış böhranının bahalaşması, eləcə də onsuz da çətin vəziyyətdə olan istehsalçılar arasında rəqabətin artması təhlükəsi var.

 

Günay

Sfera.az

 

 

Seçilən
23
sfera.az

1Mənbələr