AZ

Afrikalı nümayəndə: İqlim dəyişikliyinə adaptasiya tədbirləri üçün irəli sürülən 250 milyard dollar çox azdır

"Qərb liderlərinin COP29-da iştirak etməməsi onu göstərir ki, onlar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə maliyyə ayırmaqda maraqlı deyil".

APA xəbər verir ki, bu fikirləri Afrikanı Danışıqlarda Təmsil Edən Qrupun kommunikasiyalar üzrə direktoru Bernard Mvinsi deyib.

O əlavə edib ki, inkişaf etməkdə olan ölkələr bu məsələdə vahid mövqe nümayiş etdirməlidir.

"İqlim dəyişikliyinə adaptasiya tədbirləri üçün irəli sürülən 250 milyard dollarlıq təkliflə razılaşa bilmərik. Çünki bu məbləğ son dərəcə azdır. Onu da əlavə etmək istəyirəm ki, Qlobal Şimal iqlim böhranının nə demək olduğunu hələ yetərincə dərk etmir. İnkişaf etməkdə olan dövlətlər isə bu məsələdə vahid mövqe nümayiş etdirməlidir. Çünki iqlim dəyişikliyi problemi ilə mübarizə üçün maliyyələşmə çox vacibdir. Mən Nayrobidə yaşayıram. Onu deyim ki, Qərbin bu məsələdə tutduğu mövqe məni çox təəccübləndirir. Eyni zamanda Qərb liderlərindən demək olar ki, heç kim COP29-da iştirak etmədi. Bu da onu göstərir ki, onlar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə maliyyə ayırmaqda maraqlı deyil. Onlar bu problemin təcili həll tələb etdiyini anlamır. Həm bu, həm də onların ayrılacaq pula sədəqə kimi yanaşması çox məyusedicidir. Bu, heç də ədalətli deyil. Çünki eyni hadisə bu ölkələrin də başına gələ bilər", - deyə Bernard Mvinsi vurğulayıb.

Seçilən
28
2
apa.az

3Mənbələr