Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində bağlanmış “Apple Daily” qəzetinin təsisçisi Cimmi Lai məhkəməyə çıxarılıb. O, üçünçü prosesdə 2019-cu ildə hökumət əleyhinə etirazlar zamanı və ondan sonra ABŞ-dan siyasi dəstək almağa çalışdığını gizlətməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müxalifət media maqnatı 2019-cu ildə cinayətkarların Çinə ekstradisiyasına dair qanun layihəsinə qarşı kütləvi etirazlara mühüm dəstək verdiyini etiraf edib.
O bildirib ki, "xalqı üsyana təhrik" və "xarici qüvvələrlə əməkdaşlıq" ittihamlarınə qəbul etməsə də, sözgedən qanunun qəbuluna maneə üçün çox çalışıb: "Bu məqsədlə təbliğatımızı gücləndirmişdik, etirazlara informasiya dəstəyi vermişik. Bəli, Çinin Honq-Konqda fundamental azadlıqları pozan addımlarına qarşı ABŞ-ın dəstəyini almaq istəyirdik. Ancaq bunu ölkəmizə xarici müdaxilə məqsədi ilə etmirdik. Biz, sadəcə, istəyirdik ki, xarici hökumətlər diplomatik vasitələrlə Çin rəhbərliyinin diqqətinə bu qanunun qəbulunun yolverilməz oduğunu çatdırsınlar. Bunun üçün ittiham aktında adı çəkilən keçmiş ABŞ kəşfiyyatçısı Mark Simondan "Apple Daily"nin amerikalı oxucularına çatması lazımi dəstək də istəmişəm. Düşündüm ki, bu, xaricdəki oxucuların Honq-Konqa marağını artıra bilər və beləliklə, siyasətçilərin dəstəyi ilə qanun geri qaytarılar. Onlar öz narahatlıqlarını diplomatik kanallar vasitəsilə Çin hakimiyyətinə çatdıra bilərdilər ki, bu da Honq Konq üçün çox yaxşı olardı."
Lai ifadəsinin davamında deyib ki, 2019-cu ilin oktyabrından 2020-ci ilin mayına qədər "Apple Daily"də yazdığı yazılarda polisin artan küçə zorakılığından qanyaqlanan ani hisslər yer ala bilər: "O dövr üçün bunu təbii qəbul etmək gərəkdir. Bununla belə, biz və qəzet radikalları daim təmkinlə hərəkət etməyə çağırıb".
Samir Musayev
MİA.AZ