AZ

"COP29 Azərbaycanın beynəlxalq müstəvidə etimad ediləcək dövlət olduğunu göstərdi" - ŞƏRH EDİLDİ

"COP29-un Azərbaycanda keçirilməsi ilk növbədə Azərbaycanın beynəlxalq müstəvidə etimad ediləcək dövlət olduğunu göstərdi". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycana 80-dən çox dövlət və hökumət başçıları təşrif buyurdu: "Minlərlə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti fəalları, ekoloqlar bu tədbirdə çıxış etdilər. Azərbaycan bu tədbiri yüksək səviyyədə təmin etməklə bütün çıxışçılar üçün bir platforma oldu. Həmçinin Azərbaycan beynəlxalq dünyanın diqqətini cəlb etdi. Həm də dünyanı regionda deyil, okeanda və dənizaşırı ada ölkələrində insan hüquqlarının pozulması, müxtəlif ölkələrin kiçik ada dövlətlərinə qarşı həyata keçirdiyi koloni siyasətinə həmin ada dövlətlərini də dəvət etməklə bir daha onların problemlərini, ekoloji problemlərini dünyanın gündəminə çıxardı. Bu günə kimi belə proses olmamışdı.

Azərbaycanın COP29 tədbirində itirdiyi olmadı, daha çox qazandı. Bütün dünya xalqları, bütün əlaqəli ölkələrin Azərbaycana etimadı formalaşdı. Bəzi ölkələr qərəzli mövqe tutdular. Amma onlar da Azərbaycanın haqlı olduğunu və beynəlxalq təşkilatlara ev sahibliyi etməklə yüksək səviyyədə həyata keçirdiyini də qəbul etdilər. Azərbaycan bir daha dünyada ədalətli və dünyanın etimad etməli olduğu ölkə olduğunu göstərdi. Düşünürəm ki, Azərbaycanın qazancı həm də o oldu ki, müxtəlif koloniya və imperiya altında olan xalqların Azərbaycan dövləti və xalqına qarşı etimadı daha da artdı. Bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin xarici beynəlxalq siyasətinin nəticəsidir.

Onun sözlərinə görə, bu tədbiri boykot edənlər də iflasa uğradılar, tədbiri boykot etmədilər: "Maliyyə məsələsi ilə bağlı müəyyən qərar əldə olunmamasına gəldikdə isə bu, Azərbaycanın problemi deyildi. Bu problem böyük, aparıcı dövlətlərin problemi idi. Çünki Amerika Birləşmiş Ştatları başda olmaqla bir çox ölkələr iqlim problemlərinə ikili standartlarla yanaşırlar. Maliyyə ayırmırlar. Buna baxmayaraq tədbir bütün istiqamətlər üzrə yüksək səviyyədə alındı".

Müəllif: Söylü Ağazadə
Seçilən
31
sia.az

1Mənbələr