AZ

Havanın temperaturu 4-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qarabağ və Şərq-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq-Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək.

 

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Tarix: 23 Noyabr 2024, 15:49   
Seçilən
6
49
pravda.az

10Mənbələr