Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə müavinlər təyin edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub.
Bu münasibətlə ADSEA-da iclas keçirilib və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təyin olunan müavinlər kollektivə təqdim edilib.