AZ

İran NÜVƏ SİYASƏTİ: “Qonşuları üçün böyük bir təhlükə yaradır”

 

“İran uzun illərdir ki, nüvə silahı əldə etmək üçün böyük bir mübarizə aparır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik İranın nüvə proqramını gücləndirməsinin səbəblərini və bunun regiona təsirlərini şərh edib.

H. Oktay söyləyib ki, İran rəsmiləri dünyanın buna qarşı verdiyi mübarizəni nəzərə alıb zaman-zaman fərqli açıqlamalar verərək üzərindəki təzyiqləri azaltmağa çalışır:

“Məsələn, bu yaxınlarda “nüvə silahı haramdır” deyərək olduqca maraqlı bir fətva verilmişdi. Lakin buna baxmayaraq, İran bu vəziyyəti bir taktika və strategiya kimi istifadə edir və nüvə silahı əldə etmək üçün fəaliyyətlərini sürətlə davam etdirir”.

Onun sözlərinə görə, İranın nüvə silahı əldə etməsi, qonşuları üçün böyük bir təhlükə yaradır:

“Əgər İran bu silaha sahib olsa, qonşu ölkələrinə qarşı təzyiq siyasəti yürütməsi aydın olacaqdır. Bu, prosesin, həmçinin İran üzərində edilən təzyiqlərin qonşu ölkələrə də təsir edəcəyini göstərir. Məsələn, Azərbaycan İranla əlaqələrini davam etdirərkən, bu səbəbdən Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qala bilər. Eyni şəkildə, Türkiyə də bu təzyiqlərlə üzləşəcək. Odur ki, nüvə silahı əldə etmə prosesi İran üçün çətin və ağrılı bir şəkildə davam edəcək kimi görünür”.

Rafi Müslümov

Seçilən
14
yenicag.az

1Mənbələr