Milli Məclisin deputatı Razi Nurullayev birgə komitə iclaslarında 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirəsi zamanı təkliflərlə çıxış edib.
XALQ.AZ məlumat verir ki, millət vəkili çıxış edərək əmək haqları, pensiyalar və müavinətlərin artırılması yolları təklif edib.
Deputat bildirib ki, büdcədə nəzərdə tutulan bir sıra vacib olmayan xərcləri azaldaraq əmək haqlarının, pensiyaların və sosial müavinətlətin artırılmasına nail olmaq olar.
Hazırkı bahaçılıq şəraitrində real inflyasiya dərəcəsi (rəsmi inflaysiya rəqəmi ilə bazarda olan real vəziyyət xeyli fəqlidir) ilə nəzərdə tutulan artım azlıq təşkil edir. Ölkə boyu, xüsusən Bakı və digər iri şəhərlərdə lazımsız xərclərə yol verilir. Bu xərclərə gözlə görünən binaların bahalı formatda üzlənməsi, əsaslı təmirə ehtiyacı olmayan yolların qaşınaraq yenidən asfaltlanması, abadlıq işlərində israfçılığa yol verilməsi və onlarla digər sahələrdə gəlir gətirməyən və iş yeri yaratmayan sahələrə vəsaitlərin yönləndirilməsi ni təklif edib.
Razi Nurullayev qeyd edib ki, belə israfçılıq hallarına COP29-la bağlı görülən işlərdə də rast gəldik. COP29 ölkəmiz adına böyük və haqqında fəxrlə danışdığımız dünyamiqyaslı bir tədbirdir. Bu tədbir çərçivəsində görülən işlərə daim dəstək nümayiş etdirmiş və dəstəyimizi ifadə etmişik. Bu gün də bi fikirdəyik ki, COP29 Azərbaycanın tarixinə böyük hərflərlə yazıldı və Azərbaycanın gücünü, həqiqətlərini və ideyalarını bütün dünyaya çatdırdı.
Bundan sonra isə ölkəmizdə həyata keçirilən bütün fəaliyyətlərdə maksimum səmərəliliyə nail olmaq üçü ciddi nəzarət mexanizmi olmalıdır. Vacib olan insanların sosial vəziyyəti, iş yerlərinin yaradılmasına töhvə verəcək layihələrin həyata keçirilməsi və sərmayələrin cəlb olunması üçün daha şəffaf və açıq sistemin qurulmasıdır süyə qeyd edib.