AZ

Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı 189-a çatıb.

AZXEBER.COM xarici mediata istinadən xəbər verir ki, Fələstinin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən bu günədək Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı bəyannat yayıb.

Bəyanatda İsrailin fələstinli jurnalistləri hədəfə alması, öldürməsi və qətlə yetirməsi şiddətlə pislənilib. Cinayətlərə görə İsrailin məsuliyyət daşıdığı bildirilib.

Bəyanatda beynəlxalq ictimaiyyətə və dünya jurnalistika təşkilatlarına İsrailin törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə iddia qaldırması, fələstinli jurnalistlərin qətl və sui-qəsdlərini dayandırması üçün təzyiq göstərməyə çağırılıb.

Cəmalə
Seçilən
16
azxeber.com

1Mənbələr