AZ

Bu xəstəliyə yoluxma artdı: 1 körpə ölüb, 9 nəfər isə...

ABŞ-da listerioz bakteriyasına yoluxma hallarında artım müşahidə olunub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

Bildirilib ki, bir körpə sözügedən bakteriyaya yoluxma səbəbindən ölüb, 9 nəfər isə dörd ştatda xəstəxanaya yerləşdirilib.

Açıqlamada Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 hadisənin qeydə alındığı bildirilib.

CDC bakteriyaların "Yu-Shang Food" adlı markanın məhsullarından ötürülməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Seçilən
30
1
publika.az

2Mənbələr