Ümumdünya Səhiyyə TəşkilatıMeymunçiçəyi virusu ilə bağlı beynəlxalq əhəmiyyətli i fövqəladə vəziyyət rejiminin saxlanılması barədə qərar qəbul edib.
"Medicina" xəbər verir ki,ÜST-nin Baş direktoru Tedros Adhanom açıqlama verib.
Komitə meymunçiçəyi xəstəliyinin artması səbəbindən 2022-ci ilin avqustundan sonra ikinci dəfə noyabrın 22-də toplanıb. Ekspertlər belə nəticəyə gəliblər ki, xəstəlikriskli və təhlükəli olmaqda davam edir.
1 yanvar 2022-ci ildən 30 sentyabr 2023-cü ilədək dünyada 123 ölkədə 236 ölüm hadisəsi də daxil olmaqla 109 699 yoluxma qeydə alınıb.
Meymunçiçəyi ilə əlaqədar qlobal səhiyyə fövqəladə vəziyyəti əvvəlcə 2022-ci ilin iyulundan 2023-cü il mayın 11-dək qüvvədə olub. Bu rejim xəstəliyin azalması səbəbindən ləğv edilib, lakin bu ilin avqustun 14-də Qebreyesus Afrikada xəstəliyin yeni alovlanması səbəbindən yenidən fövqəladə vəziyyət elan edib.
MEDCİNA.AZ