AZ

Vətəndaşlar öz şifrələrini vəsiyyətnamələrində yazacaqlar

Yaponiyanın İstehlakçın Hüquqlarının Müdafiəsi Mərkəzi vətəndaşları sosial mediada öz istifadəçi adlarını və şifrələrini vəsiyyətnamələrinə daxil etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu, həmin şəxslərin ailə üzvlərinə onların hesablarını idarə etmək, lazım gəldikdə silmək imkanı verəcək.

Bu yanaşmanın ekoloji faydaları olduğu da bildirilir. Belə ki, köhnə hesabların silinməsi məlumat mərkəzlərindəki yükü azaltmaqla həm də karbon izini azaldır.

"Apple" kimi bəzi texnologiya şirkətləri artıq ölümdən sonra hesabın idarə edilməsi üçün alətlər təklif etsə də, bir çox onlayn xidmətlər belə imkanlar təqdim etmir.

Sevinc İBRAHİMZADƏ

Seçilən
15
redaktor.az

1Mənbələr