AZ

Netanyahu iqtidarda qaldığı müddətdə İsrailin hücumları daha da kəskinləşəcək -ANALİTİK

İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində azı 4 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Mərkəzi X hesabında məlumat yayıb. Məlumatda bildirilib ki, hava hücumu zamanı 8 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hadisə yerində işləyir. Qurbanların və yaralananların sayı arta bilər. 


Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, İsrailin Beyruta endirdiyi istənilən hücumlar yalnız bir məqsəd daşıyır:

“Bu da Livanda anti-İsrail mövqeyində dayanan təşkilatları və rəsmi qurumları zərərsizləşdirməkdən ibarətdir. Amma İsrail həmin məqsədlərinə tamamilə çatmayıb. Çünki təkcə Hizbullahın varğılı bəs edir ki, İsrail Livanda çatmaq istədiyi məqsədlərə nail olmasın. Hizbullah isə hələ də İsrailə müqavimət göstərir və raket zərbələri endirir. Ona görə bundan sonrakı hücumlarda da anti-İsrail dövlətlər Livanda İsrail əleyhinə fəaliyyət göstərən qrupların sıradan çıxmaması üçün öz səylərini göstərəcəklər. Əgər İsrail tərəfi Livanda öz addımları tam şəkildə həyata keçirərək məqsədlərinə çatmağı qarşısına hədəf qoyarsa, həmin halda İsraildən daha şiddətli hücumlar gözləyə bilərik. İsrailin texniki imkanları şərait yaradır ki, Livanda genişmiqyaslı və daha güclü hücumlar həyata keçirsin. Bunun gələcək zamanlarda baş verməsi isə istisna edilmir. Benyamin Netanyahu və onun komandasının iqtidarda qaldığı müddətdə İsrailin hücumların daha da kəskinləşəcəyini deyə bilərik. Eyni zamanda yanvarın iyirmisindən sonra Amerika Birləşmiş Ştatlarında Donald Tramp hakimiyyətə gələcək. Donald Tramp isə İsrail tərəfdarıdır”.
Seçilən
19
sherg.az

1Mənbələr