AZ

"QHT-lər ekoloji problemlərin həllində yeni imkanlar əldə etdilər" - Cəsarət Hüseyinzadə

Bakıda keçirilən COP29 ölkəmiz üçün beynəlxalq səviyyədə ekoloji problemlərin həlli istiqamətində geniş imkanlar açdı.

QHT.az xəbər verir ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin fikrincə, konfrans həm yerli QHT-lərin beynəlxalq şəbəkələrdə iştirakını təmin etdi, həm də yaşıl inkişaf layihələrinə dəstək verdi:

"COP29 çərçivəsində ağacəkmə, təkrar emal mərkəzlərinin yaradılması və bərpaolunan enerji təşəbbüsləri kimi layihələr həyata keçirildi. Bununla yanaşı, maarifləndirmə tədbirləri ekoloji mədəniyyətin gücləndirilməsinə töhfə verdi. Konfrans Azərbaycanın yaşıl texnologiyalara keçidində yeni əməkdaşlıq imkanları yaratdı və davamlı inkişaf yolunda mühüm addım oldu".

 

Pərvanə Fərhadqızı

Seçilən
25
qht.az

1Mənbələr