"Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat vermədi. O, biləndə ki, əməliyyata girməlidir ətrafındakılara xəbər edib. Anası da yanında olduğu üçün onunla olub. Hamı da instaqramda gördü ki, əməliyyat zamanı rəfiqələri və anası yanında olub". Bu sözləri Axşam.az-a açıqlamasında bir neçə gün əvvəl ana olan model Razi Əliyevanın ayrılmaq ərəfəsində olduğu həyat yoldaşı Nicat Əliyev deyib. Sualları cavablandıran Nicat övladının doğulmasından xəbərsiz olduğunu bildirib:
"Uşaq doğulanda telefonuma tanımadığım nömrədən mesaj gəldi ki, oğlum olub və adı Mikayıldır, şüşəyə yerləşdirilib. Razi xanım vaxtından əvvəl doğuş edib. Həmin şəxs özünü uşağın dayəsi kimi təqdim etdi. Uşağımın adından belə xəbərim yox idi. Razinin uşağa hansı adı qoymaq istədiyini ortaq tanışlarımızdan eşitmişdim.