AZ

Şirvan şəhər Mərkəzi Xəstəxanasında nə baş verir?



Şirvan şəhər sakini Elmira Babayeva yaşadığı şəhərin mərkəzi xəstəxanasında baş verən özbaşınalıqlarla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevayaya müraciət edib.

Redaksiyamıza daxil olan müraciətin mətnində şikayət müəllifi Şirvan şəhər Mərkəzi Xəstəxanasındakı özbaşınalıqlardan bəhs edir.

Bildirir ki, həyat yoldaşı 04.01.1965 doğumlu Xavandi Samit Sədulla oğlu (FİN 8ASXSTZ) beyin insultu keçirib:

"Yataq xəstəsidir, danışa bilmir, yözü yemək yeyə bilmir və s. 22.09.2024-dən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. O, həm də həkim məsləhət komissiyasının üzvüdür. Mənim yoldaşıma əlillik təyin olunmalı olduğu halda xəstəni və bizi süründürməçiliyə salıb. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanış olmasına baxmayraq hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi. 14.11.2024-də cənab Sahil Babayevə şikayətimdən sonra bizi 22.11.2024-də qəbul etdi. Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar edib deyyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib".

Elmira Babayeva iddia edir ki, xəstəyə I qrup əlillik təyin olunmalıdır:

"Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir. 1-cisi xəstənin müalicə həkimi elə o Elşən Qafarovun özüdür. Həkim kimi özü özünü nə üçün inkar edir ?! 2-cisi 22.09.2024-dən 14.10.2024-cü ilədək xəstəxanada müalicə alarkən bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır ?

Ailəmizin maddi durumu çox acınacaqlıdır. 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaqla) bir mənzildə yaşayırıq. Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Demək olar ki, ölüm ayğında olan həyat yoldaşıma əlillik verilməsi üçün kommisiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər".

Şikayət müəllifi yazır ki, ağır vəziyyədtdə olan xəstəni hər dəfə həkimə gətirmək üçün maddi və fiziki imkanım da yoxdur:

"Xəstənin müalicə həkimi özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, həkim məsləhət komissiyasının üzvləri də bunun şahidi oldu. Hətta komissiya üzvlərindən biri həkimə irad da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir ?

Başa düşə bilmirik həkim Elşən Qafarovun bizi süründürməçiliyə salmaqda hansı məqsədi nədir ?! Belə ağır vəziyyətdə olan xəstəni və bu cür süründürməçiliyə salmaq insanlığa sığarmı ?

Xahiş edirəm Möhtərəm İlham Əliyev Cənablarının özbaşına məmurlarlarla bağlı xəbərdarlıqlarından nəticə cixarmaq istəməyən, bizi qəsdən süründürməçiliyə salan həkim Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız".

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Anar Əliyev
Seçilən
23
newscenter.az

1Mənbələr