AZ

Qərb Ukrayna münaqişəsində açıq şəkildə tərəf tutdu - Hakan Fidan

ABŞ və Avropa açıq şəkildə Ukrayna münaqişəsində tərəf tutur.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Amerika və Avropa əvvəldən Kiyevə silah göndərərək, bu müharibədə açıq şəkildə tərəf tutduqları vəziyyət yaradıblar. Buna görə dünyada həm də iqtisadi mübarizə gedir. Mən bunu sözün geniş mənasında qlobal müharibə kimi qiymətləndirirəm. Biz də xəbərdar etmişik ki, Ukrayna və Qəzza zolağında müharibənin davam etməsi indi qlobal qırılma xətlərini dərinləşdirir və qütbləşmə güclənir”.

O əlavə edib ki, hazırkı mərhələdə dünyanın müəyyən regionlarında iqtisadi və siyasi qarşıdurmanın qaynar müharibəyə çevrilməsinin qarşısını almaq çox vacibdir.

Türkan İSGƏNDƏRLİ

Seçilən
10
redaktor.az

1Mənbələr