AZ

Pakistanda məzhəblərarası qarşıdurmalarda 33 nəfər ölüb

 Pakistanın şimal-qərbində silahlı sünni və şiə qruplaşmaları arasında son 24 saat ərzində baş verən toqquşmalarda azı 33 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb.

Məlumata görə, toqquşmalar Xeyber-Paxtunxva əyalətinin Kurram bölgəsində baş verib.
Nəşr qeyd edir ki, yaraqlılar bir-biri ilə atışıb, evləri, dükanları və mağazaları yandırıblar. Kürrəmdə təhsil müəssisələri ciddi gərginlik səbəbindən bağlanıb.
 Hər iki tərəf bir-birinə avtomat silahdan atəş açır.

Seçilən
10
ucnoqta.az

1Mənbələr