AZ

Bu ölkənin internet problemi iqtisadiyyatına da təsir edir

Pakistanın internet problemləri və mümkün VPN qadağası ölkənin inkişaf edən texnologiya sektorunu təhlükə altına alır.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın İT Sənayesi Assosiasiyası yavaş internet sürətinin və dövlət xidmətlərində tez-tez kəsilmələrin İT şirkətlərinə və frilanserlərə zərər vurmasından narahatlığını bildirib.

İnternetdəki problemlər 2022-ci ilin mayında kütləvi siyasi etirazlardan sonra başlayıb və ardınca elektrik enerjisinin kəsilməsi ilə internetin əhəmiyyətli dərəcədə yavaşlaması müşahidə edilib. Bu fasilələr frilanserlərlə işləyən müştəriləri Pakistandan işçi götürmənin stabil olmaya biləcəyi barədə düşündürüb.

Həmçinin 2024-cü ilin avqustunda qüvvəyə minən yeni milli təhlükəsizlik qərarının internet sürətinə ciddi təsir etdiyini, frilanserlərin və bizneslərin effektiv işləməsini çətinləşdirib.

Sevinc İBRAHİMZADƏ

Seçilən
14
redaktor.az

1Mənbələr