AZ

İsrailin Beyruta zərbə endirməsində məqsəd Hizbullahın əməliyyat qərargahının rəhbərini öldürmək olub

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr şiə “Hizbullah” hərəkatının əməliyyat qərargahının rəisi Məhəmməd Heydəri öldürmək məqsədi ilə gecə saatlarında Livan paytaxtının mərkəzi hissəsinə hücum edib. Bu barədə Dubaydan yayımlanan “Al Hadath” telekanalı xəbər yayıb.Telekanal hərbi liderin hava hücumunda öldüyü və ya sağ qalıb-qalmadığı barədə məlumat verməyib.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzindəki Əl-Bosta əl-Fauqa bölgəsinə zərbə endirdiyi məlum olub.Zərbənin məqsədinin 910 saylı təxribat xüsusi təyinatlı dəstəsinə rəhbərlik edən və Hizbullahın xarici təhlükəsizliyinə cavabdeh olan Talal Hamiyeni məhv etmək olduğu barədə məlumat yayılıb.

Oxuməni.az

Seçilən
18
oxumeni.az

1Mənbələr