AZ

Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?

Nişan mərasimində nişanlanan qıza hədiyyə verilən qızıl-zinət əşyaları toy baş tutmadığı halda bağışlama müqaviləsi kimi deyil, əsassız varlanma kimi qiymətləndirilir.

Publika.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmənin konkret iş üzrə qəbul etdiyi qərarında göstərilib.

İşin hallarından görünür ki, 01.06.2022-ci il tarixdə cavabdeh ilə iddiaçının oğlu arasında nişan mərasimi keçirilib, toy mərasimi və nikahın bağlanması 25 iyun 2022-ci il tarixə planlaşdırılıb. İddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilib, lakin nikah baş tutmayıb, münasibətlər pozulub. Bundan sonra iddiaçı tərəfi cavabdehə nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib.

Aşağı instansiya məhkəmələri qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, toyun baş tutmaması halını nəzərə almayıb. Ona görə qızıl-zinət əşyalarının cavabdehdə qalmasına qərar verilib.

Lakin iş üzrə yekun məhkəmə instansiyası olaraq Ali Məhkəmə hesab edib ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldəetmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Sözügedən iş üzrə iddia tələbi rəsmi nikahın baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır.

Seçilən
9
30
publika.az

10Mənbələr